Magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırlması ilə əlaqədar Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə, həmçinin Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.
“Report” bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.