Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Zirveyolu.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 16-da saat 8 radələrində Qazax şəhəri ərazisində Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi “Otoyol” markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Qazax RPŞ tərəfindən araşdırma aparılır.