Sədərəkdə Meyvəli bazarında kütləvi zəhərlənmə olub.
Anews.az-ın məlumatına görə, 4 nəfərin halı pisləşdiyindən təcili yardım biriqadası tərəfindən Kliniki Tibbi Mərkəzə aparılıblar.
Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.
Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir.
Vəziyyətləri orta-ağırlıqdadır.