Səhiyyə Nazirliyi Şəkidə Xan Sarayı qarşısında baş verən hadisə nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Şəki MRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabildir.