Yunanıstanın paytaxtı Afinada rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib.
Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, yeraltı təkanların episentri paytaxtdan 26 kilometr şimal-qərbdə, yerin 24 kilometr dərinliyində yerləşib.
Zəlzələ Afinada ciddi həyəcan yaradıb. İnsanlar evlərini tərk edib. Tələfat və fəsadlar barədə hələlik məlumat yoxdur. Bölgəyə çox sayda xilasedici cəlb edilib.