Suriyada Fərat çayının şərqində yerləşən PKK/YPG terror təşkilatını zərərsizləşdirmək üçün əməliyyat hazırlıqlarını başa çatdıran Türkiyə Silahlı Qüvvələri Ankaradan gələcək “vur” əmrini gözləyir.
“Zeytun budağı” hərbi hərəkatı ilə Afrində böyük itki verən təşkilatın “Mehmetçik” qorxusu canından hələ çıxmayıb.
57 günlük “Zeytun budağı” çərçivəsində 4 min 585 terrorçunu zərərsizləşdirən TSQ Fəratın şərqində Hərbi Hava Qüvvələrinin dəstəyinə arxalanıb. Terrorçular Əyn İsa, Haseki, Təl Əbyad və Əyn əl-Ərəb kimi bölgələrdə sipərlər çəkib və bir neçə çıxış nöqtəsi olan tunellər qazıb.
Hərbi mənbələrin məlumatına görə, İraqın şimalında “Pəncə” hərəkatı ilə Kandilə doğru irəliləyən “Mehmetçik” PKK-nın Suriya qolu olan YPG-ni Fəratın şərqindən təmizləmək üçün gün sayır.
Hərəkat çərşivəsində ilk hədəf 40 km irəliləmək və Təl Əbyadla Rəsulaynı işğaldan xilas etməkdir. Hava və quru hərəkatının paralel irəliləyəcəyi hərəkatda ilk hədəfdən sonra Kobaniyə giriləcək. Beləliklə, Türkiyə Suriyadakı hakimiyyətini Rakkaya qədər coğrafi üstünlüyü ələ keçirmiş və PKK/YPG-nin bütövlüyünü parçalamış olacaq.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı 6 ay Fəratın şərqindəki kritik nöqtələr üzərində işləyib. Pilotsuz uçuş aparatı və yerli kəşfiyyatın sayəsində saxlanılan terrorçuların xəritələr üzərində verdiyi bilgilər əsasında təşkilatın 150-yə yaxın kritik nöqtəsi müəyyən edilib.
Fərat çayının şərqi adlandırılan 500 km-lik sərhəd xətti bu əməliiyatdan sonra TSQ-nin nəzarətinə keçəcək.Suriyada Fərat çayının şərqində yerləşən PKK/YPG terror təşkilatını zərərsizləşdirmək üçün əməliyyat hazırlıqlarını başa çatdıran Türkiyə Silahlı Qüvvələri Ankaradan gələcək “vur” əmrini gözləyir.
Publika.az xəbər verir ki, “Zeytun budağı” hərbi hərəkatı ilə Afrində böyük itki verən təşkilatın “Mehmetçik” qorxusu canından hələ çıxmayıb.
57 günlük “Zeytun budağı” çərçivəsində 4 min 585 terrorçunu zərərsizləşdirən TSQ Fəratın şərqində Hərbi Hava Qüvvələrinin dəstəyinə arxalanıb. Terrorçular Əyn İsa, Haseki, Təl Əbyad və Əyn əl-Ərəb kimi bölgələrdə sipərlər çəkib və bir neçə çıxış nöqtəsi olan tunellər qazıb.
Hərbi mənbələrin məlumatına görə, İraqın şimalında “Pəncə” hərəkatı ilə Kandilə doğru irəliləyən “Mehmetçik” PKK-nın Suriya qolu olan YPG-ni Fəratın şərqindən təmizləmək üçün gün sayır.
Hərəkat çərşivəsində ilk hədəf 40 km irəliləmək və Təl Əbyadla Rəsulaynı işğaldan xilas etməkdir. Hava və quru hərəkatının paralel irəliləyəcəyi hərəkatda ilk hədəfdən sonra Kobaniyə giriləcək. Beləliklə, Türkiyə Suriyadakı hakimiyyətini Rakkaya qədər coğrafi üstünlüyü ələ keçirmiş və PKK/YPG-nin bütövlüyünü parçalamış olacaq.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı 6 ay Fəratın şərqindəki kritik nöqtələr üzərində işləyib. Pilotsuz uçuş aparatı və yerli kəşfiyyatın sayəsində saxlanılan terrorçuların xəritələr üzərində verdiyi bilgilər əsasında təşkilatın 150-yə yaxın kritik nöqtəsi müəyyən edilib.
Fərat çayının şərqi adlandırılan 500 km-lik sərhəd xətti bu əməliiyatdan sonra TSQ-nin nəzarətinə keçəcək. (publika)