Azərbaycanda ən çox nikahın qeydə alındığı aylar açıqlanıb.
Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 23 684 nikaha daxilolma halları qeydə alınıb:
“Digər aylara nisbətən ən çox nikaha daxilolma halları may ayında, ən az nikaha daxilolma halları isə fevral ayında qeydə alınıb. Belə ki, mayda 5411, fevralda isə 3815 nikah bağlanıb”.
DSK rəsmisi bildirib ki, 2018-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 62 484 nikaha daxilolma halları qeydə alınıb:
“Digər aylarla müqayisədə ən çox nikaha daxilolma halları avqustda, ən az nikahadaxilolma halları isə fevral ayında qeydə alınıb. Belə ki, avqustda 7226, fevralda isə 3736 nikah rəsmiləşdirilib”.
Qeyd edək ki, Azərbaycanda adətən may ayında toy çalınmırdı.