Siyasət

Heydər Əliyevin Ağdam və ağdamlılar haqqında TARİXİ ÇIXIŞI — VİDEO

 

“Beş ildir ki, bu əhali ağır şəraitdə yaşayır. Ağdam bu gün əldən getməyib. Ağdam 6 ay bundan əvvəl də boş idi. Amma orada dözüb qalan cəsarətli, qeyrətli adamların hesabına Ağdam bu günə kimi işğal oluna bilməyib. Ağır şərtlər altında yaşayan adamlar böyük hörmətə layiqdirlər”.

Bunu Ümummilli lider Heydər Əliyev Ağdamın işğalı ilə bağlı 1998-ci ildə Milli Məclisdə çıxışı zamanı deyib.

Heydər Əliyev bildirib ki, ayrı- ayrı mafioz qruplar haqqında deyilən sözlər Ağdam və Qarabağ əhalisinə aid ola bilməz:

“Mən dedim və bir daha təkrar edirəm, Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz və müqəddəs şəhər və rayondur. Mən Bərdə və Ağcabədidə qaçqın düşmüş insanlarla görüşdüm. Onların nə qədər daxili mənəvi zənginliyə malik olduqlarını hiss etdim. Bir daha onların qarşısında baş əyirəm”.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir