Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb.
Azərbaycan ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib.
Siyahıda birinci yeri ABŞ, ikinci yeri Rusiya tutur. İlk üçlüyü Çin ordusu tamamlayır.
Türkiyə siyahıda doqquzuncu, İran 14, Gürcüstan isə 85-cidir.
Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb. (oxu.az)