Cəmiyyət

Bakını tüstü bürüdü, nazirlik hərəkətə keçdi – FOTO

Ötən gün Bakıda havanı qatı tüstüyə bürüüyən zavodla bağlı açıqlama verilib.

Anews.az xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə fotolar yayıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərəkətə keçib.

Nazirliyin açıqlamasında deyilir ki, 24 iyul 2019-cu il tarixində saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət  qrup zavodda və ətrafda  müşahidə və monitorinq aparıb. Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir