Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında «100 ilin zirvəsində» adlı xüsusi müsabiqə elan edir.
Modern.az-ın məlumatına görə, müsabiqəyə BDU ilə bağlı bütün janrlarda yazılar qəbul olunur.
Müsabiqənin müddəti: 1 avqust – 1 oktyabr 2019-cu il.
Müsabiqənin şərtləri:
Materiallar yeni və orijinal olmalı;
Müsabiqə elan olunduqdan sonra qəzet, jurnal və ya internet portallarında dərc edilməli;
Materiallarda “Bakı Dövlət Universitetinin “100 ilin zirvəsində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalı;
Çap olunduqdan sonra [email protected] elektron ünvanına mövzu yerində “100 ilin zirvəsində” qeydi edilməklə və yaxud birbaşa BDU Mətbuat və informasiya şöbəsinə təqdim edilməlidir.
Qeyd:
Yazı müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır.
Qurumların mətbuat xidmətlərinin əməkdaşları da müsabiqədə iştirak edə bilərlər.
Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.
Mükafatlandırma:
Mükafatlandırma mərasimi BDU-nun 100 illik yubiley tədbirləri çərçivəsində keçiriləck.
1-ci yer – 1000 manat (1 nəfər)
2-ci yer – 500 manat (2 nəfər)
3-cü yer – 300 manat (3 nəfər)
Hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafat.