Manşet

Növbəti dərs ilindən oğlanlar da məktəbə ətək geyinə biləcək

Tayvanın Yeni Taipei şəhərində Banqiao məktəbində təhsil alan oğlan şagirdlərə ətək geyinmək üçün icazə verilib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Banqiao məktəbinin rəhbərliyi açıqlama verib. O bildirib ki, bundan sonra oğlan şagirdlər də qızlar kimi ətəklə məktəbə gələ blərlər.
Məktəb rəhbərliyi bu qərarın gender bərabərsizliyinin balanslaşdırılması məqsədilə verildiyini vurğulayıb.
Yeni dərs ilindən oğlan şagirdlər də ətək geyinərək dərslərdə iştirak edə biləcəklər. Bu qərarla şagirdlərin heç nəyə məcbur edilmədiyi, onlara özlərini ifadə azadlığı verildiyi sərgilənəcək.
Ölkənin Təhsil Nazirliyi də bu qərarı dəstəkləyib.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir