Dünya

Tunis Prezidenti vəfat etdi

2014-cü ildən Tunisə rəhbərlik edən Beji Kaid əs-Sebsi 92 yaşında dünyasını dəyişib.

Zirveyolu.info xəbər verir ki, dövlət başçısı bu gün Tunisdə hospitalların birində saat 10:25-də vəfat edib. Bu barədə Prezident Aparatı məlumat yayıb.

“Al-Arabiya” telekanalının xəbərinə görə, Tunisi müvəqqəti olaraq  (45-90 gün ərzində) parlamentin spikeri Məhəmməd ən-Naser idarə edəcək.

Qeyd edək ki, bu gün Sebsinin səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirildiyinə dair məlumat yayılmışdı.

(Qafqazinfo)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir