Cəmiyyət

Azərbaycan təhlükəsizlik tədbirlərini gücləndirməlidir

Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi sentyabrın 1-dən ləğv ediləcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.Uzun illər çox sıx əlaqələrimiz olan qardaş ölkəyə qarşı Azərbaycan tərəfinin birtərəfli qaydada viza rejimi tətbiq etməsi həmişə müəyyən suallar doğurub. Politoloq Elşən Manafov Bizimyol.info saytına verdiyi açıqlamada əslində illər boyu gözlənilən bu addımın gecikməsini bir neçə amillə əlaqələndirib.

Elşən Manafov

Onun sözlərinə görə, bu addım bütün türk dövlətləri tərəfindən məmnuniyyətlə qarşılanıb və bu barədə xüsusi açıqlamada yayılıb.

“Azərbaycanın Türkiyə ilə münasibətlərində bir tərəfli qaydada viza rejimini tətbiq etməsi bir sıra amillərlə bağlı ola bilərdi və bu amillər bu gün də Azərbayan dövlətini düşündürməldiir.
Bildiyiniz kimi, Türkiyəniin özündə Türkiyə dövlətçiliyinə fərqli münasibətdə yanaşan ölkə vətəndaşları var. Bunların arasında kürdlər və ermənilər çoxluq təşkil edir. Kəşfiyyat qurumları belə düşüncəli türk vətəndaşlarının Azəraycana gəlişini nəzarət altında saxlamalıdırlar.Çünki, hələ də müharibə vəziyyətində olan dövlətik. Türkiyə- Ermənistan münasibətlərində də bizim Ermənistana olan münasiətlərimiz müəyyən rol oynayır, təsirsiz ötüşmür. Türkiyədə bu amildən istifadə etmək istəyən qüvvələr var və istifadə etmək istəyəcəklər”.

Politoloq eyd edib ki, bu gün Türkiyə dövlətini narahat edən amillərdən biri PKK faktorudur. Bu təşkilatın nümayəndələri bu və ya digər adlar altında ölkəmizə daxil olub təxribatlar yarada, sabitliy poza bilərdilər. Bu faktorlar Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı olaraq təbii ki, göz önüə qoyulub. Bu amillər yenə də var. Sadəcə bu gün dövlətlərimiz arasında münasibətlər o səviyyəyə gəlib çatıb ki, Türkiyə tərəfinin bu barədə müraciətlərini Azərbaycan tərəfi artıq nəzərə almaya bilməzdi.

Politoloq viza rejiminin ləğv olunması qərarına təkan verən amillərdən biri kimi Azərbaycan və Türkiyə iş adamları arasında münasibətlərin gücləndirilməsi, özəl sektorun payının artırılmasını qeyd edib. “Viza rejiminin ləğvindən sona özəl sektor daha da inkişaf edəcək və güclənəcək”.

“Bir zamanlar Atatrürk Azərbaycanı Türkiyənin qapısı adlandırmışdı. Düzdür, o bunu Naxçıvan haqqnda demişdi. Amma bu gün Azərbaycanın vizanı aradan qaldırması Mərkəzi Asiyada yaşayan insanların türk birliyi ilə inteqrasiyanı sürətləndirəcək”,- deyən politoloqun fikrinə görə, bir zaman Türkiyə və Rusiya arasında yaranmış gərginliyin aradan qaldırılmasında Azərbayan prezidenti ilham Əliyevin xüsusi rolunun olması və 3 ölkə arasında əlaqələrin sürətli inkişafı da viza rejiminin ləğvini şərtləndirən amillərdən biri olub.

“Bu gün Türkiyə – Rusiya münasibətlərinə hər iki dövlətin maraqlarına cavab verən amillər Azərbaycana da Türkiyə ilə vizasız rejimə getməyə qərar verməkdə kömək etdi. Bütün bu amillər küll halında götürüləndə həm dövlətlərarası münasibətlərə, həm iş adamları arasında əlaqələrin güclənməsinə müsbət təsir göstərcək. Amma yenə qeyd edirəm ki, Azərbaycan tərəfi sərhəddə, gömrükdə nəzarəti gücləndirməlidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir