Bakı şəhəri, Nizami rayonunda iki kişi özünü hündürlükdən atmaq istəyir.
Zirveyolu.info xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, bu dəqiqələrdə Neftayırma zavodunun yaxınlığında, “Neolit” şadlıq evi istiqamətində körpüyə iki kişi çıxıb.
Orta yaşlı kişilər özlərini ataraq intihar etmək istəyirlər. Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub.
Hazırda intihara cəhd edən şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.