“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb. Buna səbəb təyyarənin pəncərəsinin sınması olub.
Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib.
Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar “Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir.(Report)