Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 42 dövlət orqanında 508 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.
Dövlət İmtahan Mərkəzindən Anews.az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər sentyabrın 2-si saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.
Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilən şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim olunan məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
– struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
– vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (166 vəzifə) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (38 vəzifə) tərəfindən təqdim olunub.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunan vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:
1. Təhil Nazirliyi (166 vəzifə) – AC3 altqrupu üzrə 19, BB3 altqrupu üzrə 51, BB4 altqrupu üzrə 96 vəzifə
2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (38 vəzifə) – AB3 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 3, AC2 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 16, BB2 altqrupu üzrə 10,
BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 2 vəzifə
3. Səhiyyə Nazirliyi (18 vəzifə) – AA3 altqrupu üzrə 1, AA4 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 4,
BA3 altqrupu üzrə 6, BA4 altqrupu üzrə 6 vəzifə
4. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (20 vəzifə) –BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 1,
BB3 altqrupu üzrə 6, BB4 altqrupu üzrə 11 vəzifə
5. Gənclər və İdman Nazirliyi (31 vəzifə) – AC3 altqrupu üzrə 4, BB3 altqrupu üzrə 7, BB4 altqrupu üzrə 20 vəzifə
6. Mədəniyyət Nazirliyi (8 vəzifə) – AB3 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 2, AC3 altqrupu üzrə 3,
AC4 altqrupu üzrə 2
7. Maliyyə Nazirliyi (2 vəzifə) – BB2 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1
8. Dövlət Turizm Agentliyi (20 vəzifə) –AB2 altqrupu üzrə 3, AB3 altqrupu üzrə 3, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 3 vəzifə
9. Dövlət Statistika Komitəsi (36 vəzifə) –BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 8, BB4 altqrupu üzrə 25 vəzifə
10. Əmlak Məsələləri Dövlət Komitəsi (2 vəzifə) – BA4 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1
11. Bakı Ağır Cinayətlər Məhkəməsi (14 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 13 vəzifə
12. Şirvan Apelyasiya Məhkəməsi (14 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 14 vəzifə
13. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi (9 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 8 vəzifə
14. Laçın Rayon Məhkəməsi (2 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə
15. Ucar Rayon Məhkəməsi (2 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (11 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 10 vəzifə
17. Bakı şəhəri Nizami Rayon Məhkəməsi (13 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 12 vəzifə
18. Cəlilabad Hərbi Məhkəməsi (6 vəzifə) – BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 5 vəzifə
19. Şəki İnzibati-İqtisadi Məhkəməsi (6 vəzifə) – BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 5 vəzifə
20. Milli Televeziya və Radio Şurasında – BA4 altqrupu üzrə 1 vəzifə
21. Sumqayıt Şəhər Məhkəməsində – BB4 altqrupu üzrə 17 vəzifə
22. Xaçmaz Rayon Məhkəməsində – BB4 altqrupu üzrə 4 vəzifə
23. Xızı Rayon Məhkəməsində – BB4 altqrupu üzrə 2 vəzifə
24. Şirvan Şəhər Məhkəməsində – BB4 altqrupu üzrə 5 vəzifə
25. Sumqayıt Apelyasiya Məhkəməsində – BA4 altqrupu üzrə 2 vəzifə
26. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində– BB1 altqrupu üzrə 1 vəzifə
27. Şəmkir Rayon Məhkəməsində – BB4 altqrupu üzrə 4 vəzifə
28. Şəki Apelyasiya Məhkəməsində – BA4 altqrupu üzrə 9 vəzifə
29. Şamaxı Rayon Məhkəməsində – BB4 altqrupu üzrə 1 vəzifə
30. Salyan Rayon Məhkəməsində – BB4 altqrupu üzrə 1 vəzifə
31. Qusar Rayon Məhkəməsində – BB4 altqrupu üzrə 2 vəzifə
32. Qəbələ Rayon Məhkəməsində – BB4 altqrupu üzrə 1 vəzifə
33. Gəncə Hərbi Məhkəməsində – BB4 altqrupu üzrə 2 vəzifə
34. Göyçay Rayon Məhkəməsində – BB4 altqrupu üzrə 3 vəzifə
35. Hacıqabul Rayon Məhkəməsində – BB3 altqrupu üzrə 1 vəzifə
36. Mingəçevir Şəhər Məhkəməsində – BB4 altqrupu üzrə 4 vəzifə
37. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 6 vəzifə
38. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 14 vəzifə
39. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 1 vəzifə
40. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 3 vəzifə
41. Bərdə Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 3 vəzifə
42. Cəbrayıl Rayon Məhkəməsində -BB4 altqrupu üzrə 2 vəzifə
Ümumilikdə, müsahibəyə çıxarılan 508 vakant vəzifənin 2-si 3-cü təsnifata, 7-si 4-cü təsnifata, 69-u 5-ci təsnifata, 89-u 6-cı təsnifata, 341-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AA, 15-i AB, 34-ü AC, 61-i BA, 396-sı isə BB vəzifə qrupuna aiddir.