Rusiya Xarici İşlər Nazirliyi ABŞ ilə imzalanmış “Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə”yə rəsmi olaraq xitam verildiyini açıqlayıb.
“Euronews” xəbər verir ki, müqavilə 8 dekabr 1987-ci il tarixində ABŞ və SSRİ arasında imzalanıb.
Fevralın 2-də ABŞ bu müqavilənin icrasına yenidən qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. Lakin Rusiya bundan imtina edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin müqavilənin dayandırılması haqqında federal qanun imzalayıb. Sənəddə deyilir: “Sovet Sosialist Respublikaları İttifaqı və Amerika Birləşmiş Ştatları arasında 1987-ci il dekabrın 8-də Vaşinqton şəhərində orta və qısa mənzilli raketlərinin ləğvinə dair imzalanmış müqavilə dayandırılsın”.