İqtisadiyyat

Azərbaycanın qiymətli kağızlar bazarı 34% kiçilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 8 176,3 milyon manatlıq əməliyyat aparılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% azdır.

Hesabat dövründə qiymətli kağızlar bazarının 6 957,5 milyon manatlıq hissəsi ilkin bazarda, 1 218,8 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 7,05% çox və 79,5% azdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir