Dünya

Gənc qızın ölümünə görə təhsil naziri işdən çıxarıldı – FOTO

Gənc qızın ölümünə görə təhsil naziri işdən çıxarıldı.
Moderator.az xəbər verir ki, Rumıniyada bir gənc qızın qaçırlaraq öldürülməsindən sonra hökumət böhran yaşayır. Daxili işlər naziri Nikolae Moqa və Təhlükəsizlik müdiri İoan Budanın ardınca təhsil naziri Yekatirina Andronesku da vəzifəsindən azad edilib.
15 yaşlı Aleksandra Maqesanu Karakal şəhərində qaçırılaraq öldürülüb. Təhsil naziri Y.Andronseku televiziya kanallarından birində hadisəyə münasibət bildirərkən deyib ki, gənc qız yad adamların maşınına minməli deyildi.
Baş nazir V.Danlika isə təhsil nazirinin bu açıqlamasını pisləyib. Evinə gedərkən öldürülən gənc qızın həmin vaxt üç dəfə polisə zəng vurduğu və polisin əraziyə gec getdiyi ortaya çıxıb. Həbs edilən 65 yaşlı qatil isə bir neçə ay öncə 18 yaşlı Luiza Melenkuyu da öldürdüyünü etiraf edib.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir