18 yaşlı ana yeni doğulan körpəsini vəhşicəsinə öldürüb.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, Tailandda baş verib. Belə ki, cani ana yeni dünyaya gətirdiyi körpəni qara sellofan poşetə qoyaraq 3-cü mərtəbədən aşağı atıb. Sürətlə yerə düşən körpə əvvəlcə tullantı qutusunun kənarına çırpılıb daha sonra içinə düşüb.
Qonşu tərəfindən ağır yaralı halda tapılan uşaq xəstəxanaya çatdırılıb. Bir neçə gün həyatla mübarizə aparan körpə dünyasını dəyişib. Məlum olub ki, vəhşi ana körpəni aşağı atmamışdan öncə ona yuyucu toz içirib.
Hadisədən sonra o, sevgilisi ilə bərabər qaçıb. Lakin polis tərəfindən saxlanılıb. Ana verdiyi ifadəsində bildirib ki, anidən sancılanıb və doğumu təkbaşına özü həyata keçirib. Lakin
körpə sevgilisindən olmadığı üçün onu qəbul etməyəcəkdi. Ona görə də, dərhal ondan xilas olmaq istəyib.
Uşağın yerə çırpılması anbaan kameralara düşüb. Həmin videonu təqdim edirik: