Ötən gün törədilmiş 21 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 13 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.