Şou biznes

Xalidə Quliyeva: Prezidentin kino xadimlərini təltif etməsi Azərbaycan mədəniyyətinə göstərdiyi diqqətin bariz nümunəsidir

Bu yaxınlarda Prezident İlham Əliyev Milli Kino Günü münasibətilə bir qrup kino xadimlərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Fəxri ad alan kino xadimləri arasında tanınmış aktrisa Xalidə Quliyeva da var.

Ölkə başçısı tərəfindən “Xalq artisti” fəxri adı ilə təltif edilən aktyor bu haqda AZƏRTAC-a açıqlama verib: “Prezident İlham Əliyevə məni “Xalq artisti” fəxri adına layiq gördüyü üçün təşəkkür edirəm. Fəxri adlara layiq görülən həmkarlarımı da təbrik edirəm. Ölkə başçısı bir neçə kino xadimlərini fəxri adlarla təltif edərək Azərbaycan mədəniyyətinə hər zaman diqqət göstərdiyini bir daha sübut etdi. Prezidentin bu addımından sonra biz kino xadimləri yaxşı kinolarda çəkilib, tamaşaçılara təqdim etməliyik. Azərbaycan kinosunu bütün dünyada təbliğ etmək biz mədəniyyət xadimlərinin borcudur”.

Xalq artisti qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün sürətli inkişaf yolundadır: “Bu gözəlliyi hamımız görürük. Onu da qeyd edim ki, bu inkişaf başqa sahələrlə yanaşı, eyni zamanda, mədəniyyətimizin və incəsənətimizin də inkişafına kömək edir. Sözsüz ki, bu inkişaf, canlanma Prezidentimizin mədəniyyətə, xüsusilə də kino sənətinə qayğı və diqqəti sayəsində mümkün olub”.

Prezidentin müvafiq sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini və ölkəmizdə bu ilin “Nəsimi ili” elan olunmasının əhəmiyyətindən danışan aktrisa deyib ki, bütün bunlar onun həyatında çox böyük önəm daşıyır: “Bilirsiniz ki, “Nəsimi” filmində Nəiminin qızı Fatimə obrazını mən canlandırmışam. Bu ilin böyük mütəfəkkir Nəsiminin adı ilə bağlı olması mənim üçün də olduqca əhəmiyyətlidir. Buna görə özümü xoşbəxt hesab edirəm”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir