Rusiyanın “Pobeda” hava nəqliyyatı şirkəti Ermənistanın Gümrü şəhərinə uçuşlarını dayandıracaq.
Şirkətdəki mənbənin sözlərinə görə, bu qərar Gümrü hava limanında təyyarələrə yanacağın yarımçıq vurulması halları ilə bağlıdır.
“Hava limanının rəhbərliyinə dəfələrlə müraciət edilsə də, görülən tədbirlər səmərəsizdir, yanacaq təchizatçısı şirkət yarımçıq vurmağa davam edir. Müştərilər qarşısında üzüqara olmamaq üçün yay mövsümünün sonunadək “Pobeda” uçuşları həyata keçirəcək, qış mövsümündən isə bu istiqamətə bilet satışı dayandırılacaq”, – deyə mənbə bildirib.
“Report” xatırladır ki, “Pobeda” şirkəti Moskva – Gümrü reyslərini 2016-cı ilin dekabr ayından həyata keçirir.