Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Publika.az xəbər verir ki, Mirvais Meydan bölgəsində yerləşən polis bölməsinə təşkil edilən bombalı hücumda 95 nəfər yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nüsrət Rəhimi bildirib ki, partlayışdan əvvəl polis şəhərdəki İŞİD terror təşkilatının sığınacaqlarına əməliyyat təşkil edib.
Hücumun məsuliyyətini Taliban hərəkatı öz üzərinə götürüb. Təşkilatdan verilən açıqlamada çox sayda polisin həlak olduğu bildirilib.