Kriminal

Həbsxanadan çıxandan 91 gün sonra iki bacısını öldürdü: “Məni buna məcbur etdilər”

Keçmiş məhbus azadlıqda cəmi üç ay keçirib. Muxtar Əlimanov həbsxanadan çıxandan 91 gün sonra iki bacısını qətlə yetirib.
Bizimyol.info xəbər verir ki, hadisə Buzovnada baş verib. Muxtar böyük bacıları – Məlahət və Səadət Əlimanovaları bir neçə bıçaq zərbəsi ilə öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Muxtar Əlimanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Muxtar məhkəmədə özünü təqsirli bildiyini deyib. Amma onu belə addıma vadar edən səbəbləri də sadalayıb. Muxtarın dediyinə görə, üçüncü bacısının Suriyaya getməsi onu özündən çıxarıb. Təqsirləndirilən bacısının 10 yaşlı qızını orada ərə verdiyini bildirir. Sonra qadını iki uşağı ilə birlikdə Azərbaycana deportasiya ediblər. Muxtar bütün bunlardan həbsxanada xəbər tutub. Böyük bacılarını məsuliyyətsizlikdə ittiham edib. Məlahət və Səadət ona kəskin cavab verib.
“Məni buna məcbur etdilər”, – Muxtar məhkəmədə belə deyib. Təqsirləndirilən həbsxanadan çıxandan sonra bacıları ilə çox mübahisə etdiyini bildirir. Ortada mülk davası da olub. Elə qardaşı ilə də mülk söhbətlərinə görə münasibətləri pisləşib. Üstəlik, onu kiçik bacını cəzalandırmamaqda da ittiham edir.
Muxtar bacılarının əxlaqlı həyat tərzi sürmədiyini də iddia edir. Onların internetdə ərəblərlə əlaqə saxladığını söyləyir.
Muxtar kiçik bacısını onun qızına görə öldürmədiyini deyir: “14 yaşlı uşağı qarşıma keçib dedi ki, anam ölsə, mən yaşaya bilmərəm”.
Təqsirləndirilən “biqeyrət” ifadəsini həzm edə bilmədiyin söyləyir: “Özümü itirdim. Neçə dəfə vurduğumu xatırlamıram. Əvvəlcə Səadəti vurdum”.
Muxtar sonda deyib ki, ömürlük həbs olunacağını bilir, amma peşman deyil.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir