Cəmiyyət

Ağacları kəsən vəzifəli şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.
Nazirliyin Mətbuat xidmətindən  verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.

Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.

Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir