Qəbilə qızı ilə fotosunu Facebook-a yükləyən gənc qətlə yetirilib.
Milli.Az “Sabah”-a istinadən xəbər verir ki, Ərzurumda Şahin Erhan (23) adlı gənc, eyni qəbilədən olduğu Filiz Erhan adlı qızla bir-birlərini seviblər. Evlənmək istədiklərini öyrənən qızın ailəsi bu evliliyə qarşı çıxıb.
Rədd edilməyi qüruruna sığışdırmayan gənc, intiqam üçün qızla olan fotolarını Facebook-da paylaşıb.
Üzlərinə “maska” taxan qızın qardaşları Şahin Erhanı küçənin ortasında güllələyiblər. Başına və sinəsinə tuş gələn güllə yarasından dərhal sonra yaralı hadisə yerindəcə can verib.
İstintaq başlayıb.