“Ölkə.Az” report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bala Surra kəndində baş verib.
İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu toy mərasimindən evə qayıtdıqdan sonra həyətdəki yenicə tikilən hamamda özünü asaraq canına qəsd edib. Onun meyiti səhər saatlarında aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. S.Ələkbərovun intihar etməsinin səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.