Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətində türk ordusuna məxsus hava karvanına hücum edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hava zərbələri zamanı 3 dinc sakin həlak olub, 12 nəfər isə yaralanıb.
Hadisə Xan-Şeyhun yaşayış məntəqəsinin yaxınlığındakı müşahidə postunda baş verib.