Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs tutulub.
Anews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 17-də Qusar rayon sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edib avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələməsini bildirib.
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb.
Araşdırmalar davam etdirilir.