Gəncə şəhərində bir gün ərzində iki nəfər intihar edib.
Zirveyolu.info qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 18-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü İlqar Əliyev yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Həmin gün 15 yaşlı qız da canına qəsd edib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü M. Nəbiyeva yaşadığı evdə özünü asıb. M. Nəbiyeva 10-cu sinif şagirdi olub.