Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı keçirilib.
Metbuat.az xəbər verir ki, təmsilçimiz Ülvi Qənizadə ilk mərhələdə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb.
Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb.
Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb. Həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqib qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb.