Polşanın paytaxtı Varşavada yeniyetmə cütlük taksi sürücüsünü qorxudaraq soyğunçuluq edib.
Hadisə sürücünün maşına yerləşdirdiyi təhlükəsizlik kamerasına yansıyıb.
Görüntüdə oğlanın sürücünün boynuna bıçaq dirəyərək pulları aldığı və arxa oturacaqda əyləşmiş qızın onlara baxaraq gülümsədiyi əks olunub.
Daha sonra taksi sürücüsü polisə müraciət edib və hadisə yerindən qaçan gənclər həbs olunub. (qafqazinfo)
|