Dünya

Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş

Çeçenistan Respublikasının prezidenti olmuş Əhməd Kadırov referendum keçirilmədən Çeçenistanın Rusiyaya birləşdirilməsi haqqında sənədi imzalamaqdan imtina etmişdi.

TASS xəbər verir ki, bunu Çeçenistanın indiki başçısı Ramzan Kadırov deyib.

“Xeyr, mən bunu öz xalqımdan soruşmalıyam. Xalq referendumda “biz Rusiya ərazisinin hissəsiyik, Rusiyanın tərkibində yaşamaq istəyirik” deyərsə, mən bu kağızı imzalayacağam”, – o, atası Ə.Kadırovun Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı respublikanın birləşdirilməsi haqqında müqavilənin imzalanması üçün belə şərt irəli sürdüyünü deyib.

Qeyd edək ki, sözügedən referendum 2003-cü il martın 23-də keçirilib. Səsvermədə 510 mindən çox adam iştirak edib. Seçicilərin 95,48 faizi sənədin lehinə səs verib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir