Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbər orqanlarının səlahiyyətlərini təsdiq edib.
Bu barədə APA-ya İttifaqın katibi Əli İsa Cabbarov məlumat verib.
O bildirib ki, 1963-cü ildə təsis olunmuş İttifaqın heç vaxt qeydiyyat problemi olmayıb:
“Sadəcə İttifaqın nizamnaməsini “Qeyri Hökumət Təşkilatları haqqında” qanunun tələbinə uyğun redaktə etmək və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. İyulun 16-da keçirilən konfransda sədr və İdarə Heyəti seçildi”.
Katibin sözlərinə görə, Ədliyyə Nazirliyi İttifaqın bütün orqanlarının, o cümlədən sədr Rüstəm İbrahimbəyovun səlahiyyətini təsdiq edib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri kinorejissor Rüstəm İbrahimbəyov, üzvləri isə Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinski, Əli İsa Cabbarov, Firəngiz Qurbanova, Baba Vəziroğlu, Məbud Məhərrəmov, Şükufə Yusupova, Əsəd Əsədov, Həmidə Ömərova, Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimlidir.