Cəmiyyət

Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi Qurban bayramı ilə əlaqədar əfv fərmanı imzalayıb.

İranın Məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisinin təqdimatına əsasən Ali Rəhbər 1070 nəfəri əfv edib. Əfv olunanların bir hissəsi azadlığa buraxılıb, digər hissəsinin isə məhkumluq müddəti azaldılıb.

İranın Ali Rəhbərinin administrasiyasının açıqlamasında deyilir ki, Ə.Xamneyi həmişə insanpərvərlik və humanistlik prinsiplərini yüksək tutaraq dini bayramlarda qanunu pozan adamları bağışlayır və bayram günü ailələrə sevinc bəxş edir.

(Azərtac)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir