Dünya

Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib… — CİNAYƏT

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ədalət Füzuli oğlu Stupkanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

“Ölkə.Az” xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi sentyabr ayının 11-nə təyin olunub.

Qeyd edək ki, bu ilin fevral ayında Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Ədalət Füzuli oğlu Stupka polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun ətrafında aparılan tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib.

Ə.Stupkaya qarşı Cinayət Məcəlləsinni 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir