Həbsxanadan 258 məhbus qaçıb.
News24.az xəbər verir ki, İndoneziyanın Qərbi Papua əyalətində indoneziyalılar və papuyalılar arasında qarşıdurma yaranıb. Dövlət müəssisələrini yandıran etirazçılar daha sonra həbsxanalara üz tutublar. Hadisə zamanı qarışıqlıqdan istifadə edən məhkumlardan 258-i həbsxanadan qaçıb.
Rəsmi açıqlamaya görə, qaçan məhkumlardan bəzilərini saxlamaq mümkün olub.