Ötən gün Quba-Nugədi yolunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar – 31 yaşlı Sevil Orucəliyeva, həyat qoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, xəstəxananın Baş həkimi yol qəzasında yaralananların vəziyyətinin orta-ağır olduğunu bildirib.
Qeyd edək ki, xəsarət alanlar Qubanın Rustov kənd sakinləridir.