Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Ölkə.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən Ağaramazan İsmayılovun apellyasiya şikayəti qismən təmin edilib.
Belə ki, onun 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 6 aya endirilib.
Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi söyüş üstündə bıçaqlayaraq qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə A.İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.