Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Anews.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə avqustun 22-də baş verib.
M.Ağayev bildirib ki, bu, texniki məsələdir: “Belə ki, bu, yağın axması nəticəsində əmələ gələn tüstülənmədir və texniki personalın müdaxiləsi ilə məsələ aradan qaldırılıb. Ümumiyyətlə, hazırda “Baku Bus” MMC-nın istismarında olan, eyni zamanda yeni alınan avtobuslarda yanğından mühafizə məsələsi çox ciddi şəkildə nəzərə alınıb. Avtobusların mühərrik hissəsində üçlü yanğın söndürmə sistemi mövcuddur”.(report)
[media=https://www.youtube.com/watch?v=CPqBj5_tNQE&feature=youtu.be]