Şou biznes

“Bu, ilk və son idi” – Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır

Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.

Axşam.az bildirir ki, sosial medianın dilinə düşən İnstaqram fenomeni yenidən kitab çıxarıb-çıxarmayacağı barədə sualları cavablandırıb.

Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib:

“Bir daha kitab çıxarmayacam. Bu, ilk və son idi”.

Qeyd edək ki, Şeyma Subaşı Acun Ilıcalının “Varmısın, yokmusun” verilişində iştirak edəndən sonra onunla tanış olub və evlənib. Cütlük bir müddət əvvəl boşanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir