Kriminal Manşet

Azərbaycanın baş infeksionistinin evindən 150 min manatlıq oğurluq olub

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb.

Anews.az bildirir ki, Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhəri, Xətai rayon sakini Cəlal İsayev polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122000 AZN), 2500 manat pul və 20 min ABŞ dolları (34000 AZN) dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Qeyd edək ki, evi qarət edilən C.İsayev Azərbaycanın baş infeksionistidir.
C.İsayev APA-nın sorğusuna cavabında hadisəni törədən şəxslərin tutulduğunu bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir