Rusiyanın Murmansk əyalətində baş verən insidentin videosu yayılıb.
Milli.Az xəbər verir ki, kadrlardan göründüyü kimi, kabelin demontajı zamanı elektrik işçisini yüksək cərəyan vurur.
Cərəyanın təsirinin 6 min volt olduğu deyilir.
Bədəninin 60 faizi yanıqlarla zərər çəkən işçi dərhal xəstəxanaya yerləşdirilib.
Əməyin qorunması tələblərinin pozulmaları faktı üzrə cinayət işi başlayıb.