Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
“Ölkə.Az” xəbər verir ki, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi sentyabr ayının 3-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib.
A.Əbdülov Elşən Qədirlini güllələyərək öldürüb. İlkin məlumata görə, qətlin səbəbi öldürülən şəxsin – E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyməsi olub. Bundan qəzəblənən A.Əbdülov E.Qədirlini qəbiristanlığa aparıb və qətlə yetirib.
A.Əbdülov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.