Azərbaycan Premyer Liqasının 1-ci turunun rəmzi komandası məlum olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Sumqayıt”dan 4, “Səbail”dən 2, “Neftçi”dən isə 1 futbolçusu rəmzi 11-likdə yer alıb.
Qapıçı: Mehdi Cənnətov-256 (“Sumqayıt”)
Müdafiəçilər: Faysal Rerras-269 (“Qarabağ”), Eriko Da Silva-271 (“Səbail”), Elvin Bədəlov-271 (“Sumqayıt”), Abbas Hüseynov-251 (“Qarabağ”)
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli-312 (“Qarabağ”), Fəhmin Muradbəyli-299 (“Səbail”), Soni Mustivar-303 (“Neftçi), Sərtan Taşqın-280 (“Sumqayıt”)
Hücumçular: Maqaye Qeye-229 (“Qarabağ”), Mehdi Şərifi-283 (“Sumqayıt”).