Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Jukovskidəki MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisini ziyarət etdikdən sonra çərşənbə axşamı ikitərəfli danışıqlar aparacaqlar.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezident sabah gərgin bir gün keçirəcək. Jukovskidə Türkiyə Prezidenti Ərdoğanın işgüzar səfəri olacaq. Onlar Jukovskidə Putinlə Beynəlxalq Aerokosmik Sərgisinə baxacaqlar və əlbəttə ki, ikitərəfli danışıqlar aparacaqlar”, Peskov deyib.
“Bundan əlavə, WorldSkills sabah Kazanda bağlanır, Putin orada da iştirak edəcək”, deyə prezident sözçüsü əlavə edib.
“Russia Today” Jukovskidə 27 avqust – 1 sentyabr tarixlərində keçiriləcək “MAKS-2019” aerokosmik sərgisinin rəsmi məlumat tərəfdaşıdır.