Dünya

Amerikalı senator Rusiyanın ona viza vermədiyini bildirir – Rusiya səfirliyi bunu təkzib edir

ABŞ Konqresinin respublikaçı senatoru Ron Conson Rusiyanın ona ölkəyə daxil olmaq üçün viza vermədiyini bildirib.

“RİA “Novosti” xəbər verir ki, müvafiq press-reliz konqresmenin saytında dərc edilib.

Qeyd olunub ki, Conson Konqresin ikipartiyalı nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edəcəkdi. O, səfər çərçivəsində rusiyalı rəsmilərlə, ABŞ biznesinin nümayəndələri o cümlədən, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək danışıqlar aparmağı planlaşdırdı.

Rusiyanın ABŞ-dakı səfirliyi senatorun onlara viza üçün müraciyət etmədiyini bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir