Ermənistanda son 7-8 il ərzində “şəhid” olan hərbçilərin ailələrinə ödəməyə pul tapılmır.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, İrəvanın acınacaqlı maliyyə durumu öz işğalçılıq siyasətinin qurbanı olan ermənilərin ailələrinə qanunvericilikdə nəzərədə tutulan maliyyə yardımını göstərməyə imkan vermir. Bu səbəbdən də ölkə daxili və xaricində xeyriyyəçi axtarışına çıxan İrəvan, problemi məhz bu yolla – qeyri-dövlət qurumları və təşkilatlıarının maliyyə imkanı hesabına həll etməyə çalışır. Bunun üçün dövlət banklarında xüsusi hesablar açdıran İrəvan “vətənpərvər və xeyirxah” insanları şəhid ailələrinə yardım göstərməyə, onları “mərhəmətli olmağa” çağırır. İrəvanın ölmüş hərbçilərin ailələrinə verməyə pul tapmaması, öz funksiyasını ayrı-ayrı fərd və qurumların üzərinə qoymaq cəhdi Ermənistanın ağır maliyyə durumunu ortaya qoymaqla yanaşı, onun müharibəyə hazırlıq səviyyəsinin də minimal olduğunu göstərir..
Məlumat üçün qeyd edək ki, Ermənistanın ailəsinə verməyə pul tapmadığı qondarma “şəhidlər”in bir qismi 2016-cı ildə Lələtəpədə məhv edilən ermənilərin payına düşür.